Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi millimiz üçüncü matçında Türkiyə yığmasına 0:3 hesabı ilə uduzub.
Millimiz daha əvvəl İran və Tacikistan yığmalarını 3:0 hesabı ilə məğlub etmişdi.
Komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.