BAKI, 10 noyabr. TELEQRAF
Belçikanın Doel atom elektrik stansiyasının (AES) üzərində üç pilotsuz uçuş aparatı aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki,PUA-lar zavodun fəaliyyətinə təsir etməyib.
AES-in böhran mərkəzi PUA xəbərlərini təsdiqləyib. Mərkəzin sözçüsü "Biz vəziyyəti izləyirik" deyib.