EN

11.11 də alına biləcək ən sərfəli smartonlar açıqlandı

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tanınmış texnobloqer Doni Cabbarov "11.11" endirim kampaniyası çərçivəsində alınmağa dəyər ən yaxşı 10 smartfonun siyahısını təqdim edib.

Milli.Az xəbər verir ki, birinci yeri Realme 15 Pro tutub. Smartfon Snapdragon 7 Gen 4 prosessoru, 8 və ya 12 GB RAM, 512 GB-a qədər yaddaş, 144 Hz OLED ekran və IP69 standartlı suya-toza davamlı korpusla təchiz edilib.

Cihaz 7000 mAh tutumlu batareyaya və 80 Vt sürətli enerji yığma funksiyasına malikdir. Ekspert cihazın çatışmazlıqları kimi əyri ekranı, eSIM dəstəyinin olmamasını və video çəkiliş məhdudiyyətlərini qeyd edib.

İkinci yerdə Xiaomi 14T modeli qərarlaşıb. O, Dimensity 8300 Ultra prosessoru, 12/512 GB yaddaş, 5000 mAh batareya və 67 Vt sürətli enerji yığma xüsusiyyəti ilə fərqlənir. Telefon həmçinin IP68 standartına uyğun qorunmaya malikdir. Bununla belə, modeldə microSD yuvası, naqilsiz enerji yığma funksiyası yoxdur və video çəkiliş sabitliyi zəifdir.

Üçüncü pillədə Realme 14 Pro yer alıb. Cihaz Snapdragon 7s Gen 3 prosessoru, 12/512 GB yaddaş, IP68/IP69 standartlı qoruma, 6000 mAh batareya və 80 Vt sürətli enerji yığma funksiyası ilə seçilir.

Reytinqdə həmçinin Poco X7 Pro, Poco F7, Poco X7, Nothing Phone (3a) Pro, OnePlus Nord CE 5 5G, Realme P30 Ultra və Honor 200 modelləri də yer alıb.

Qeyd edək ki, "11.11" satış kampaniyası ən böyük onlayn endirim tədbirlərindən biridir və dünyanın müxtəlif ölkələrində elektronika, geyim və digər məhsullara böyük endirimlər təqdim edilir.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
news.milli.az

1Sources