EN

Tramp BBC əməkdaşlarını ittiham edib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ jurnalistləri ABŞ seçkilərinə təsir göstərməyə cəhd etməkdə gunahlandırıb

ABŞ Prezidenti Donald Tramp Britaniyanın BBC əməkdaşlarını 2024-cü il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməkdə ittiham edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb:

“BBC-də əsas fiqurlar, o cümlədən rəhbər Tim Deivi işdən çıxarılır, çünki onlar mənim 6 yanvarla bağlı mükəmməl çıxışımı saxtalaşdırarkən yaxalanıblar. Bu korrupsiyalaşmış "jurnalistləri" ifşa etdiyinə görə The Telegraph qəzetinə təşəkkür edirəm. Onlar çox vicdansız insanlardır və prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışıblar. Üstəlik, onlar başqa bir ölkədəndir, çoxlarının "bir nömrəli müttəfiqimiz" hesab etdiyi ölkədən. Demokratiya üçün bu nə qədər də dəhşətlidir”.

Xatırladaq ki, Tim Deivi 6 yanvar 2021-ci ildə Kapitolinin basqını ilə bağlı Trampın çıxışının saxtalaşdırılması qalmaqalı fonunda BBC-nin baş direktoru vəzifəsindən istefa verib. Korporasiyanın xəbər yayımı rəhbəri Debora Terness də istefa ərizəsi təqdim edib.

The Daily Telegraph qəzetinin 3 noyabr tarixli məlumatına görə, BBC-nin ötən il ABŞ-da prezident seçkiləri ərəfəsində yayımladığı "Panorama" verilişində Trampın çıxışı elə montaj edilib ki, guya o, Konqres binasının ələ keçirilməsinə çağırış edib. Əslində isə Tramp çıxışında vətəndaş mövqeyinin dinc vasitələrlə ifadə edilməsinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
3
ayna.az

8Sources