ABŞ Prezidenti Donald Tramp Britaniyanın BBC yayım korporasiyasının jurnalistlərini 2024-cü il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb:
“BBC-də əsas fiqurlar, o cümlədən rəhbər Tim Deivi işdən çıxarılır, çünki onlar mənim 6 yanvarla bağlı mükəmməl çıxışımı saxtalaşdırarkən yaxalanıblar. Bu korrupsiyalaşmış "jurnalistləri" ifşa etdiyinə görə The Telegraph qəzetinə təşəkkür edirəm. Onlar çox vicdansız insanlardır və prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışıblar. Üstəlik, onlar başqa bir ölkədəndir, çoxlarının "bir nömrəli müttəfiqimiz" hesab etdiyi ölkədən. Demokratiya üçün bu nə qədər də dəhşətlidir”.