EN

Rusların yuxusu qaçdı: Ukrayna görün nə edib

Noyabrın 10-na keçən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz təyyarələrinin növbəti hücumuna cavab verib.

Publika.az Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə 71 Ukrayna pilotsuz təyyarəsi vurulub.

Son saatlar ərzində Bryansk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 29, Kursk vilayəti üzərində isə 7 pilotsuz uçan aparatı vurulub.

Qeyd olunur ki, Ukrayna PUA-ları Lipetsk və Smolensk vilayətləri səmasında da zərərsizləşdirilib. Oryol, Tver və Samara vilayətlərinin hər biri üzərində 4-ü vurulub. Krım üzərində daha 3 pilotsuz təyyarə vurulub.

Bundan əlavə, Kaluqa, Rostov və Tula vilayətlərinin hər biri üzərində 1 pilotsuz uçuş aparatı tutulub.

Chosen
45
publika.az

1Sources