EN

Zelenski ilə bağlı SENSASİON İDDİA – “Bu tarixədək aradan götürüləcək”

“Ukrayna Prezidenti Vladimir Zelenski gizli sığınacaqlarından birinə qaçmasa Miladdan əvvəl aradan götürüləcək”.

Bizim.Media xəbər verir ki, bu sözkəri ABŞ Ordusunun ehtiyatda olan polkovniki, keçmiş dövlət katibi Kolin Pauellin aparat rəhbəri Lourens Uilkerzon “RIA Novosti”yə müsahibəsində deyib. 
 

Onun sözlərinə görə, yaxın aylarda üç ssenaridən biri reallaşa bilər: Zelenski ya ətrafındakı oliqarx və tərəfdarların dəstəyini itirəcək, ya dünyanın müxtəlif ölkələrində yerləşən villalarından birinə qaçacaq, yaxud da fiziki olaraq zərərsizləşdiriləcək.


“Zənnimcə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin daha uzun müddət hakimiyyətdə qala biləcəyinə inanmıram,” — deyə polkovnik vurğulayıb.

Uilkerzon həmçinin iddia edib ki, hazırda Ukrayna prezidentini müdafiə edənlər əsasən “cinayətkar maliyyə qrupları” və “neonasistlər”dir:

“Ukraynalılar artıq ön cəbhəyə getmək istəmirlər və Zelenskinin uğrunda döyüşməyəcəklər,” — deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor da oxşar açıqlama ilə çıxış etmişdi. O iddia etmişdi ki, Zelenski ölkədən qaçış planı hazırlayıb və Polşaya sığınmaq niyyətindədir. Makqreqor hesab edir ki, Ukrayna liderinə ölkədən qaçmağa imkan verilməməlidir.

Bizim.Media

Chosen
15
2
bizim.media

3Sources