EN

“Son həftələr mənim üçün çox çətin keçib” – Mahir Emreli

“Kayzerslautern”in hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında “Herta” ilə oyunda zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, o, 63-cü dəqiqədə meydana daxil olub, lakin 15 dəqiqə sonra – 78-ci dəqiqədə zədə səbəbindən oyunu tərk edib.

Emreli sosial şəbəkədə paylaşımında bildirib:

“İki aylıq fasilədən sonra meydana qayıtmaq möhtəşəm idi, amma təəssüf ki, bu uzun çəkmədi. Zədə səbəbindən oyunu yarımçıq tərk etdim. Son həftələr mənim üçün çox çətin keçib – əvvəl oyun praktikam az idi, sonra xəstələndim, bir həftə əvvəl isə dayımoğlumu itirdim. Bu oyun onunla vidalaşma anım olmalı idi.”

O, sabah keçiriləcək tibbi müayinədən sonra nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağını biləcəyini və tezliklə qayıtmaq üçün motivasiyasını itirmədiyini vurğulayıb.

Chosen
29
1
idmanxeber.az

2Sources