EN

Tramp: “ABŞ hökumətinin bağlanması bitmək üzrədir”

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda qismən dayandırılmış federal hökumətin fəaliyyətinin yaxın günlərdə bərpa olunacağına inandığını bildirib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında “Görünür, biz bağlanmağı bitirməyə yaxınlaşırıq” – deyə qeyd edib.

Məlumata görə, ABŞ-da federal hökumətin qismən bağlanması büdcə məsələləri ilə bağlı Respublikaçılar və Demokratlar arasında yaranmış fikir ayrılıqlarından qaynaqlanır.

Axios nəşri daha əvvəl yazmışdı ki, Demokratlar hökumət bağlanmasına son qoymaq üçün qanun layihələri paketini qəbul etməyə hazırdır.

Xatırladaq ki, ABŞ hökumətinin qismən bağlanması bir neçə federal qurumun fəaliyyətinə və bir çox dövlət qulluqçusunun maaş almasına təsir edib.

DOĞRU.AZ

Chosen
19
1
dogru.az

2Sources