EN

KİV: Aİ süni intellektlə bağlı qaydaları yumşaldmağı planlaşdırır

KİV: Aİ süni intellektlə bağlı qaydaları yumşaldmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) süni intellektin (AI) inkişafını sürətləndirmək məqsədilə GDPR-i sadələşdirməyi nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri qanun layihəsinə istinadən məlumat yayıb.

Sənədə əsasən, AI sahəsində fəaliyyət göstərən şirkətlərə xüsusi kateqoriyalı məlumatları, məsələn, dini və siyasi inanc, etnik mənsubiyyət və ya sağlamlıq vəziyyəti barədə məlumatları qanuni şəkildə emal etmək imkanı veriləcək. Bu dəyişikliklər şirkətlərə AI modellərini daha effektiv öyrətməyə imkan yaradacaq.

Bundan əlavə, Avropa Komissiyası (EK) xüsusi qorunma tələb edən məlumat kateqoriyalarının tərifini və “şəxsi məlumatlar” anlayışını yenidən nəzərdən keçirməyi planlaşdırır. Qeyd olunur ki, psevdonimləşdirilmiş məlumatlar (reallıq identifikatorları əvəz edilən məlumatlar) hər zaman GDPR qorumasına daxil deyil.

Həmçinin, cookie fayllarının istifadəsi qaydaları sadələşdirilə bilər ki, bu da saytların istifadəçilər haqqında daha çox məlumat toplamasına şərait yaradacaq.

"Politico"nun məlumatına görə, Estoniya, Fransa, Avstriya və Sloveniya GDPR dəyişikliklərinə qarşı çıxıb, Almaniya isə dəyişiklikləri dəstəkləyir. Avropa Komissiyasının sənədi 19 noyabrda təqdim etməsi gözlənilir və təqdimata qədər sənədə dəyişikliklər edilə bilər.

Chosen
24
afn.az

1Sources