EN

Ötən il İranda 60 minə yaxın insan BU SƏBƏBDƏN ölüb

2024-cü ildə İranda havanın çirklənməsi səbəbindən təxminən 58.975 nəfər həyatını itirib. Bu, gündə orta hesabla 161, saatda isə təxminən 7 ölüm deməkdir. Söhbət xüsusilə havada olan və ağciyərlərə birbaşa daxil ola biləcək dərəcədə xırda – 2,5 mikrondan kiçik toz və çirk hissəciklərindən gedir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran Səhiyyə Nazirliyi yayıb.

Rəsmilərin bildirdiyinə görə, bu hissəciklərin səviyyəsi İranın böyük şəhərlərində beynəlxalq icazə verilən normanı bir neçə dəfə üstələyir.
 

Ölkədə 30 yaşdan yuxarı vətəndaşlar arasında baş verən bu ölümlərin 23%-i ürəyin işemik xəstəliyi, 21%-i ağciyər xərçəngi, 17%-i xroniki ağciyər xəstəlikləri, 15%-i insult və digərləri müxtəlif tənəffüs yolu infeksiyaları ilə əlaqələndirilir.


Havanın çirklənməsinin iqtisadi təsirləri də ağırdır: 2024-cü ildə bu səbəbdən ölkə iqtisadiyyatının vurduğu zərərin təxminən 17,2 milyard dollar olduğu bildirilib ki, bu da gündə 47 milyon dollarlıq itki deməkdir. (ISNA)

Bizim.Media

Chosen
40
2
bizim.media

3Sources