ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Salyan rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu, Şorsulu kəndi ərazisindən keçən hissədə qeydə alınıb.Belə ki, "Mercedes" markalı avtomobili idarə edən Bakı sakini, 1991-ci il təvəllüdlü Asif Rafiq oğlu Cəfərov idarəetməni itirərək yoldan çıxıb və nəticədə nəqliyyat vasitəsi aşıb.İlkin ehtimala görə, sürücünün idarəetməni itirməsinə sükan arxasında yuxulaması olub. Sürücü Asif Cəfərov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır. (Oxu.az)Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.