EN

İmişlidə hamilə qadın doğuş zamanı vəfat etdi

İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Telişli kəndində qeydə alınıb.
 

Belə ki, Cəfərli kənd qeydiyyatında olan, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları başladıqdan sonra İmişli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Lakin doğuş zamanı qadının vəziyyəti qəfil pisləşib və uşağı dünyaya gətirə bilmədən əməliyyat masasında həyatını itirib.


Məlumata görə, M. Hətəmovanın hamiləliyi riskli olub və onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Chosen
47
29
bizim.media

10Sources