AZ

İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb.

“Azərtac.az” xəbər verir ki, İmişli sakini, Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə hamilə qadın doğuş zamanı vəfat etdi


Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb.

Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb:

“Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burda gözləməyin və gedə bilərsiz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7 digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq və ana və bətnindəki uşaq öldü”.

Seçilən
9
6
paralel.az

10Mənbələr