AZ

İmişlidə dəhşət: 42 yaşlı qadın doğuş zamanı öldü

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

"Yeni Sabah" xəbər verir ki, rayonun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
11
yenisabah.az

10Mənbələr