EN

Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medal qazandılar

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan taekvondoçuları uğurla çıxış edərək ümumilikdə 5 dəst medal qazanıblar.

Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb.

Qızıl medal
Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)

Gümüş medal
Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, “Atlet” TK)

Bürünc medal
Vidadi Məmmədli (27 kq, “Altay” TK)
Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK)
Aydan Hüseyinova (30 kq, “İrəvan” TK)
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)

Chosen
21
10
teleqraf.com

10Sources