EN

İmişlidə qadın doğuş zamanı vəfat etdi

İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib. SİA xəbər verir ki, hadisə rayonun Telişli kəndində qeydə alınıb.

Belə ki, Cəfərli kənd qeydiyyatında olan, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları başladıqdan sonra İmişli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Lakin doğuş zamanı qadının vəziyyəti qəfil pisləşib və uşağı dünyaya gətirə bilmədən əməliyyat masasında həyatını itirib.

Məlumata görə, M. Hətəmovanın hamiləliyi riskli olub. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Chosen
18
29
sia.az

10Sources