Şəmkirdə piyada yol qəzasında ölüb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü (39 yaş) Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü (77 yaş) Çitadze Yaşa Usmanoviçi vurub.
Qəza nəticəsində zərərçəkən hadisə yerində vəfat edib.