EN

İmişlidə hamilə qadın ölüb - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İmişli rayonunda hamilə qadının ölümünün səbəbini açıqlayıb.

Modern.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, hadisə ötən gün saat baş verib. 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Zəruri tibbi yardım göstərildikdən sonra onu Ginekologiya və doğum şöbəsinə köçürüblər.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilə qadında arterial təzyiqin anidən yüksəlməsi baş verib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 9 noyabr saat 17:40 radələrində hamilə qadının və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, həyatını itirən şəxs İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızıdır.

Chosen
24
17
modern.az

10Sources