AZ

İmişli Rayon Mərkəzi Xəstəxanası ana ölümü hadisəsi ilə bağlı açıqlama yayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

İmişli, 10 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Noyabrın 9-da saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İmişli Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
19
azertag.az

10Mənbələr