EN

Taekvondoçularımız Avropa birinciliyində 15 medal qanazıblar

BAKI, TurkicWorld

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.

TurkicWorld xəbər verir ki, taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. İdmançılarımızın nəticələrini təqdim edirik:

Qızıl medal
Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)

Gümüş medal
Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, "Atlet" TK)

Bürünc medal

Vidadi Məmmədli (27 kq, "Altay" TK)
Rüqəyya Əliyeva ( 27 kq, "Nərimanov" İK)
Aydan Hüseyinova (30 kq, "İrəvan" TK)
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal "Atlet" TK, "Altay" TK, "Nərimanov" İK və "İrəvan" taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
Təbrik edirik!

Chosen
25
10
turkic.world

10Sources