EN

Müharibə vəhşəti: Rusiyalı əsgər ukraynalı əsiri edam etdi - Ömürlük həbs!

“Rəsmi Kiyev ilk dəfə  bir ukraynalı hərbi əsiri edam edən rus  əsgərini ömürlük həbsə  məhkum edib”.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Xəbərdə deyilir:

"Bu, Ukrayna tarixində ilk hökmdür ki, işğalçı qüvvələr xüsusi olaraq müdafiə qüvvələrinin əsgərinin edamına görə belə bir müddətə məhkum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxs, 27 yaşlı Rusiya vətəndaşı Dmitri Kuraşov Ukraynanın 2024-cü il yanvarın 6-da qismən işğal olunmuş  Zaporojjya  vilayətinin (Ukraynanın cənubu) Pryyuntne kəndi yaxınlığında döyüş sursatı tükənmiş və təslim olan ukraynalı əsgəri güllələyib öldürməkdə ittiham olunub. Ukrayna rəsmilərinin bildirdiyinə görə, təqsirləndirilən şəxs 2023-cü ilin noyabrında amnistiya müqabilində orduya getməzdən əvvəl oğurluğa görə Rusiyada həbsdə olub. O, müharibə qanunlarını və adətlərini pozmaq və könüllü adam öldürmə maddələri ilə təqsirli bilinib. Üç il yarımdan çox əvvəl Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Moskva və Kiyev müntəzəm olaraq bir-birini hərbi əsirləri öldürməkdə ittiham edir. Fevralda BMT Kiyevin ittihamlarını təkrarlayaraq, son aylarda Rusiya qüvvələri tərəfindən əsir götürülən ukraynalı əsgərlərin edamının artmasını pisləyib.

Aydın Baxış

Chosen
12
1
bakivaxti.az

2Sources