EN

ÜST Sudandakı toqquşmaların dayandırılması üçün çağırış edib

Bakı. Trend:

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında davamedən toqquşmalar nəticəsində qan axıdılmasına son verilməlidir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının(ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Qebreyesus, Şimal‑qərbi Sudan, Darfur bölgəsindəki Faşirşəhərində ÇRQ tərəfindən həkim Ədəm İbrahim İsmailin öldürülməsinədair məlumat alındığını və təşkilatın bu hadisəni böyük təəssüfləqarşıladığını deyib:

“ÜST olaraq bildiririk ki, həkim İsmailin yasını tuturuq vəsəhiyyə əməkdaşlarına yönələn zorakılıqlar dərhaldayandırılmalıdır”.

Təşkilat, Sudan ərazisində 15 Aprel 2023‑cü ildən etibarən davamedən silahlı qarşıdurmaların dərin narahatlıq doğurduğunuvurğulayıb. Faşir bölgəsində çoxsaylı zorla köçürülmə, dincsakinlərə qarşı öldürmə və işgəncələr barədə video sübutlarınyayıldığı bildirilir.

Chosen
40
az.trend.az

1Sources