İngiltərə şübhəli dron fəaliyyətlərinin müşahidə olunduğu Belçikaya hərbi yardım göstərəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “BBC” Britaniyanın müdafiə naziri Riçard Naytona istinadən məlumat verib.
O bildirib ki, ölkədəki bəzi hava limanları üzərində müşahidə edilən şübhəli dron hərəkətliliyindən sonra Belçika hakimiyyəti kömək istəyib.
Riçard Naytona bu müraciətə cavab olaraq hərbi personal və avadanlıq dəstəyi veriləcəyini deyib:
“Biz də, Belçika rəsmiləri də hələlik dronların mənbəyini bilmirik. Lakin avadanlıq və texniki imkan baxımından dəstək göstərəcəyik”.
7 noyabrda Almaniya, 8 noyabr şənbə günü isə Fransa Belçikaya dronlara qarşı müdafiə dəstəyi verəcəyini açıqlamışdı.