EN

Vətən müharibəsi qazisi: "Huşumu itirdim, 10 gün komada qaldım"

"Müharibədən 5 il keçməsinə baxmayaraq, hələ də döyüşdüyüm yerlərə gələndə eyni hissi, həyəcanı yaşayıram".
 
Bu sözləri Baku TV-yə müsahibəsində Vətən müharibəsi qazisi Taleh İsgəndərli deyib.
 
Qazinin sözlərinə görə, o, 2020-ci il oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanıb:
 
"Huşumu itirdim, on gün komada qaldım. Gözümü açanda xəstəxanada idim. Yaralandıqdan cəmi beş gün sonra Qubadlı rayonu işğaldan azad olundu. Noyabrın 8-də isə qəhrəman həkimlərimiz palataya girib dedilər ki, müharibə bitdi, biz qalib gəldik".
 
Taleh İsgəndərli bildirib ki, müharibədən sonra ailə həyatı qurub və övladına onu xilas edən həkimin - Sevinc xanımın adını verib.
 
Daha ətraflı süjetdə:

 

Chosen
9
2
moderator.az

3Sources