ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Macarıstanın Baş nazirinin Viktor Orban ilə onun ABŞ-a səfərinin nəticələrini müzakirə etməyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Macarıstanın Baş nazirinin Ukrayna münaqişəsinə son qoymaq üçün təşəbbüsləri ilə tanış deyil.
"Hələlik onları nəzərdən keçirmək imkanımız olmayıb", - Rusiya prezidentinin sözçüsü vurğulayıb.
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsini istəyir: "Moskva siyasi və diplomatik həllə açıq qalır, lakin vəziyyət Rusiyanın günahı ucbatıbdan ləngimir".
Kreml rəsmisi qeyd edib ki, Ukraynadakı münaqişə xüsusi hərbi əməliyyatlar çərçivəsində qarşısına qoyduğu məqsədlərə nail olduqda başa çatacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.