EN

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələriilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin və YAPAbşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləntədbirdə RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatlarıNigar Məmmədova, Rizvan Nəbiyev, YAP Abşeron Rayon Təşkilatınınsədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiriİlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri,Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. TədbirdəUlu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrundaşəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Zəfərimizin 5-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarınıtəbrik edən RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər AliBaş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti sayəsində VətənMüharibəsində xalqımız qalib gəldi. Şəhidlərimizin və ümumilikdəordumuzun şücəti ilə düşmən döyüş meydanında diz çökdürüldü vəbununla da 30 illik vətən həsrətinə son qoyuldu. İşğaldan azadolunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən,soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasından, azad,təhlükəsiz şəraitdə yaşamağa başlamasından danışan RİH başçısıölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına böyük diqqətvə qayğının göstərildiyini və bu qayğının bundan sonra da davametdiriləcəyini söyləyib.

YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev də çıxışedərək bildirib ki, respublikanın hər yerində olduğu kimi, Abşeronrayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr -Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Bu bayramınxalqımız üçün xüsusi yerə, xüsusi əhəmiyyətə malik olduğunu qeydedən təşkilat sədri əlavə edib ki, Zəfər bayramı Azərbaycanigidlərinin döyüş meydanında sərgilədiyi qəhrəmanlıqlarıntəcəssümüdür.

Milli Məclisin deputatı Nigar Məmmədova Zəfər bayramınınəhəmiyyətindən danışaraq qeyd edib ki, bu qələbə ilə Azərbaycanxalqı bölgəyə sülh və əmin amanlıq gətirdi. Regionumuzun siyasibaxışı dəyişdi. Artıq bölgəmizdə yeni böyük imkanlar və logistikfürsətlər yaranıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev də çıxış edərək bildiribki, Azərbaycan Vətən Müharibəsində qalib gəlməklə regionunsiyasətini sülhə, bərabərliyə doğru dəyişib. Xalqımız “Dəmiryumruq” ətrafında sıx birləşərək vətənimizin ərazi bütövlüyünü,suverenliyimizi tam bərpa etdi.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsişəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək,ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.O, şəhid ailələrinin yaşamın hər bir anında dövlətin qayğısını hissetdiklərini, şəhidlərin xatirələrinin uca tutulduğunu qeyd edərəkbütün bunlara görə Müzəffər Ali Baş Komandan, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə və BirinciVitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığınıbildirib.

Tədbirdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Orxan Əkbərovunövladı Çingiz Əkbərovun və Vətən Müharibəsi şəhidi Fərid Məmmədovunövladı Fuad Məmmədovun doğum günləri təbrik edildi, onlara müxtəlifhədiyyələr təqdim olundu.

Bundan sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədəölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə,qələbəmizə həsr olunan mahnılar səsləndirilib.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Chosen
48
9
az.trend.az

10Sources