EN

Paytaxtda oğurluq və soyğunçuluq edən iki nəfər saxlanıldı


Paytaxt Bakının Nərimanov və Nəsimi rayonları ərazisində oğurluq və soyğunçuluq qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Nərimanovda yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb. Nərimanov rayon polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.
Nizamidə qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Chosen
23
15
yeniavaz.com

10Sources