AZ

Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən iki nəfər saxlanılıb

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Seçilən
28
15
ikisahil.az

10Mənbələr