EN

Sumqayıt şəhərini paytaxtla əlaqələndirən yeni marşrut xətti istifadəyə verilir

Sumqayıt şəhərini paytaxt Bakı ilə əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.

Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.

 Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.

Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.

Chosen
10
37
xezerxeber.az

10Sources