EN

Yaponiya sahillərində sunami

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Yaponiyanın İvate əyaləti açıqlarında baş verən 6,8 bal gücündə zəlzələdən sonra ölkənin şimal-şərqində sunami qeydə alınıb.

"Cebheinfo.az"-ın məlumatına görə, “Kyodo News” agentliyinin Yaponiya Meteorologiya Agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələdən sonra verilən sunami xəbərdarlığı ilə əlaqədar İvate əyalətinin sahil bölgələrində yaşayanlara təxliyə çağırışı edilib.

Kuji və Ofunato şəhərlərində 20 santimetrlik, Miyako və Kamaişi şəhərlərində isə 10 santimetrlik sunami dalğaları müşahidə olunub.

Zəlzələnin elektrik kəsintilərinə səbəb olması nəticəsində bəzi sürətli qatar reysləri müvəqqəti olaraq dayandırılıb. 

Daha sonra isə sunami xəbərdarlığı və təxliyə əmrləri ləğv edilib.Digər tərəfdən, zəlzələ nəticəsində hər hansı xəsarət alanın və ya maddi ziyanın olmadığı bildirilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) dünən İvate prefekturası açıqlarında 6,8 bal gücündə zəlzələ baş verdiyini, zəlzələnin episentrinin Yamada bölgəsinin 126 kilometr şərqində yerləşdiyini açıqlayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
1
cebheinfo.az

1Sources