EN

Premyer Liqa klublarının maraqlandığı “Yuventus”lu

“Yuventus”un hücumçusu Conatan Devid İngiltərə Premyer Liqasına keçə bilər.

Msport.az xəbər verir ki, “Çelsi” və “Tottenhem” bu qış kanadalı futbolçunun transferini nəzərdən keçirir.

Turin klubu, forvard gözləntiləri doğrultmadığı üçün qışda təklifləri nəzərdən keçirə bilər.

25 yaşlı futbolçu bu ilin yayında “Lill”dən “Yuventus”a keçib. O, Turin klubunun heyətində A Seriyasında 10 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Chosen
20
msport.az

1Sources