EN

Kristian Sebalyos karyerasını “Fiorentina”da davam etdirəcək

Kristian Sebalyos “Sabah” Futbol Klubunun məşqçilər korpusundan ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Sebalyos karyerasını İtaliyanın “Fiorentina” klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Kristian Sebalyos 2021-2024-cü illərdə “Sabah”da futbolçu kimi çıxış edib. O, bu ilin yayından etibarən klubun əsas komandasının məşqçilər korpusunun üzvü idi.

İdman.Biz

Chosen
36
19
idman.biz

10Sources