EN

Azərbaycanın stolüstü tennisçiləri İslam Həmrəyliyi Oyunlarının bürünc mukafatını qazandılar

BAKI, 10 noyabr. TELEQRAF

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.

Teleqraf xəbər verir ki, komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb.

Görüş 8:5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.

Chosen
59
1
teleqraf.com

2Sources