BAKI, 10 noyabr. TELEQRAF
Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.
Teleqraf xəbər verir ki, komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb.
Görüş 8:5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.