EN

Ermənistanda "Honq Konq qripi" aşkarlandı

Ermənistanda A tipli qrip - H3N2 (Honq Konq) aşkar edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatında bildirilib.

"Honq Konq qripi" kimi də tanınan H3N2 qripi mövsümi epidemiyalara səbəb olan A qrip virusunun bir ştammıdır.

Qrip yüksək hərarət, öskürək və əzələ ağrısı ilə müşayiət oluna bilən tənəffüs yolları xəstəliklərinə səbəb olur. Əksər hallarda xəstəlik keçsə də, H3N2, xüsusən də uşaqlarda və yaşlılarda ağırlaşmalara səbəb ola bilər.

Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa, tənəffüs yolları infeksiyalarından əziyyət çəkən insanlarla təmasdan çəkinməyə və xəstəlik halında evdə qalmağa çağırıb.
"Honq Konq qripi" ölkədə sonuncu dəfə 2023-cü ildə yayılıb.

Chosen
25
4
azedu.az

5Sources