EN

Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb

Bakı-Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.

Sürücülərdən yol hərəkəti hərəkəti qaydalarına əməl etmək və əks istiqamətli hərəkət zolağına çıxmamaq xahiş olunub.

Chosen
13
14
day.az

10Sources