Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.