EN

Şəhid ailələri ilə görüş keçirilib

Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Zəfərimizin 5-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti sayəsində Vətən müharibəsində xalqımız qalib gəldi. Şəhidlərimizin və ümumilikdə ordumuzun şücaəti ilə düşmən döyüş meydanında diz çökdürüldü və bununla da 30 illik vətən həsrətinə son qoyuldu. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasından, azad, təhlükəsiz şəraitdə yaşamağa başlamasından danışan başçı ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini və bu qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də çıxış edərək bildirib ki, respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Bu bayramın xalqımız üçün xüsusi yerə, xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən təşkilat sədri əlavə edib ki, Zəfər bayramı Azərbaycan igidlərinin döyüş meydanında sərgilədiyi qəhrəmanlıqların təcəssümüdür.

Milli Məclisin deputatı Nigar Məmmədova Zəfər bayramının əhəmiyyətindən danışaraq qeyd edib ki, bu Qələbə ilə Azərbaycan xalqı bölgəyə sülh və əmin-amanlıq gətirdi. Regionumuzun siyasi baxışı dəyişdi. Artıq bölgəmizdə yeni böyük imkanlar və logistik fürsətlər yaranıb.

Deputat Rizvan Nəbiyev də çıxış edərək bildirib ki, Azərbaycan Vətən müharibəsində qalib gəlməklə regionun siyasətini sülhə, bərabərliyə doğru dəyişib. Xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək vətənimizin ərazi bütövlüyünü, suverenliyimizi tam bərpa etdi.

Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Əkbərovun övladı Çingiz Əkbərovun və Vətən müharibəsi şəhidi Fərid Məmmədovun övladı Fuad Məmmədovun doğum günləri təbrik edilib, onlara müxtəlif hədiyyələr təqdim olunub.

Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə Vətənə, Qələbəmizə həsr olunan mahnılar səsləndirilib.

Chosen
22
10
hafta.az

10Sources