EN

Ermənistanda müharibə qorxusu: 2026 cı ildə Paşinyan məğlub olsa, nə gözlənilir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Hakim qüvvənin “sülh” şüarları 2026-cı ilin yayında keçiriləcək seçkilər ərəfəsində təbliğatdan başqa bir şey deyil.

Bizimyol.info xəbər verir ki, bu fikirlər “Alternativ Layihələr” qrupunun həmtəsisçisi, politoloq Vahe Ovanisyanın məqaləsində yer alıb.

Onun sözlərinə görə, Ermənistanın siyasi gündəmində hakimiyyət tərəfindən zorla aşılanan “sülh və ya müharibə” formulu getdikcə daha çox səslənir. Halbuki, ölkənin qarşısında dayanan reallıq nə sülh, nə də müharibədir – bu, “müharibəsizlik vəziyyəti”dir. 2026-cı il seçkilərinin məqsədi isə məhz bu vəziyyətin idarə olunmasıdır. Ovanisyan hesab edir ki, hakimiyyət dəyişərsə belə, müharibə baş verməsi ehtimalı sıfırdır.

“İstənilən müxalif qüvvə hakimiyyətə gələrsə, bütün məsələlər üzrə – istər "TRIPP" layihəsi, istərsə də digər regional təşəbbüslər olsun – sakit və konstruktiv danışıqlar aparmağa hazır olacaq. Məqsəd Ermənistan üçün ən sərfəli həll yollarını tapmaq olacaq, qarşıdurma yox,” – deyə o bildirib.

Xatırladaq ki, Ermənistan parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək. Bu seçkilərdə iştirak niyyətini artıq Ermənistanın baş naziri Nikol Paşinyan, ölkənin ikinci prezidenti Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan (“Birlik qanadları” təşəbbüsü çərçivəsində), eləcə də 2024-cü ildən həbsdə olan iş adamı və xeyriyyəçi Samvel Karapetyanın ideya rəhbəri olduğu “Bizimcəsinə” hərəkatı bəyan edib.

Qeyd: Göründüyü kimi, 2026-cı il seçkilərində iştirak etməyi planlaşdıran namizədlərdən ən azı ikisi — Robert Köçəryan və Samvel Karapetyan — birbaşa və ya dolayı şəkildə Rusiyanın siyasi dairələri ilə əlaqəli fiqurlar hesab olunur. Bu isə o deməkdir ki, əgər Nikol Paşinyan qarşıdakı seçkilərdə məğlub olarsa, Ermənistanda Moskvanın təsirinin yenidən güclənməsi real ssenariyə çevrilə bilər.

Rusiyanın bölgədə yenidən fəallaşması, xüsusilə Ermənistan üzərində siyasi və iqtisadi təsirinin artması, həm regiondakı qüvvələr balansını, həm də Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasını dəyişə bilər. Bu, ilk növbədə, Azərbaycanla sülh prosesinə birbaşa təsir göstərəcək amildir.

Paşinyan hökuməti son illər Qərb strukturları ilə yaxınlaşma və Avropa İttifaqı vasitəçiliyi ilə Bakı ilə sülh sazişi imzalamağa cəhd göstərir. Lakin hakimiyyət dəyişikliyi və Rusiyameyilli qüvvələrin yenidən siyasi səhnədə güclənməsi bu prosesi ya dondura, ya da tamamilə fərqli istiqamətə yönəldə bilər. Moskva üçün Ermənistanın Qərb təsirindən çıxarılması, regional kommunikasiya və təhlükəsizlik məsələlərində nəzarətin bərpası strateji məqsədlərdən biridir.

Bu baxımdan, 2026-cı il seçkiləri təkcə Ermənistanın daxili siyasi gələcəyi üçün deyil, həm də regionda — xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində və sülh müqaviləsinin taleyində — həlledici mərhələ ola bilər. Ermənistanda Rusiyanın yenidən güclənməsi, təkcə sülh sazişinə kölgə salmaqla kifayətlənməz, həm də Cənubi Qafqazda balansı yenidən gərginlik tərəzinə çəkə bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
bizimyol.info

1Sources