İspaniya La Liqa təmsilçisi “Atletiko Madrid” "Apollo Sports Capital" tərəfindən alınıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddətdir şirkət forması ilə idarə olunan qırmızı-ağlıların 65,98%-lik hissəsi “Atletiko HoldCo” şirkətinin nəzarətində idi.
Rəsmi açıqlamaya görə, "Apollo Sports Capital" hissələrin böyük əksəriyyətini satın alaraq klubda ən böyük pay sahibinə çevrilib.
Satış əməliyyatının 2026-cı ilin birinci rübündə tamamlanacağı bildirilib. Maliyyə detallarına dair hələ rəsmi məlumat yoxdur.
“Atletiko Madrid”in baş icraçı direktoru (CEO) Migel Anxel Gil və prezidenti Enrike Serezo vəzifələrində qalacaq.