EN

Süni intellektdən işçilərə ŞOK ZƏRBƏ

Süni intellektin artan təsiri Böyük Britaniyanın hər dörd iri şirkətindən birində işçi ixtisarlarına səbəb olacaq.

Paralel.az xəbər verir ki , bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

Qəzet bu barədə Britaniya işəgötürənləri arasında aparılmış sorğuya istinadən yazır.

Sorğunun nəticələrinə əsasən, iri müəssisələrin dörddə birindən çoxu 2026-cı il ərzində işçi sayını azaltmağı planlaşdırır. Risk qrupuna əsasən aşağı vəzifə pilləsində çalışan əməkdaşlar daxildir.
 

Böyük Britaniya Personal və İnkişaf İnstitutunun (CIPD) məlumatına görə, özəl sektor şirkətlərinin 26%-i, dövlət təşkilatlarının isə 20%-i növbəti 12 ayda fəaliyyətlərini optimallaşdırmaq məqsədilə ixtisar həyata keçirməyi planlaşdırır.


Tədqiqat göstərir ki, dəyişikliklər xüsusilə maliyyə xidmətləri sektoruna ciddi təsir edəcək - burada işəgötürənlərin 37%-i iş yerlərinin azalacağını gözləyir.

Ardınca İT sənayesi gəlir (26%), daha sonra isə hüquq, mühasibat və konsaltinq sahələri (24%) gəlir. (Musavat.com)

Chosen
25
3
paralel.az

4Sources