EN

"Bu yaşda siqaret çəkənlər sonradan qızların yanında pərt olurlar"

Siqaretə erkən yaşda başlamaq 30 yaşdan sonra impotensiya riskini artırır.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı psixiatr-narkoloq Ruslan İsaev məlumat verib.

Onun sözlərinə görə siqaret və digər tütün məhsulları qan damarlarına zərər vurur. Xüsusilə yeniyetməlik dövründə tütün çəkməyə başlamaq damar sisteminin formalaşmasına mənfi təsir göstərir, onların elastikliyini azaldır və erkən "qocalma" prosesini sürətləndirir.

Həkim bildirib ki, ereksiya birbaşa sağlam damarların fəaliyyətindən asılıdır. Cinsiyyət orqanına qan axınının sürətli artması bu prosesi təmin edir. Nikotin və tütün tüstüsündə olan zərərli maddələr damarların daxili təbəqəsini zədələyərək uzunmüddətli dövrdə erektil funksiyanın pozulmasına səbəb olur.

İsaev əlavə edib ki, siqaret testosteron səviyyəsini də azalda bilər. Bu hormon həm libidoya, həm də ereksiya prosesinə təsir göstərir. Yeniyetməlik və gənclik dövründə siqaretin davamlı istifadəsi hormonal sistemin normal inkişafına mane olur və gələcəkdə cinsi sağlamlıq problemləri yarada bilər.

"Siqaretə 16 yaşında başlayan şəxslərin damar sistemi 25 yaşdan sonra başlayanlarla müqayisədə 30-35 yaşlarında daha çox zədələnmiş olur. Bu isə erkən yaşda erektil disfunksiya riskini xeyli artırır", - deyə o fikrini yekunlaşırıb.

İsmayıl
Milli.Az

Chosen
18
1
milli.az

2Sources