EN

Başqırdıstanda təxribat planı: 8 nəfər saxlanıldı

BAKI, 10 noyabr. TELEQRAF

Başqırdıstanda mobil rabitə obyektlərinə qarşı təxribat hazırlığında şübhəli bilinən 8 nəfər saxlanılıb.

Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, saxlanılan 8 nəfər Salavat və İşimbay rayonlarının mobil rabitə vasitələrinə qarşı təxribat törətməyi planlaşdırıblar.

Onlar mobil qüllələri yandırmağa və kabel xətlərini zədələməyə çalışıblar.

Cinayətkar qrupun bütün üzvləri təxribat törətməyə cəhd edərkən idarənin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
57
teleqraf.com

1Sources