EN

“Lukoil” İraqdakı nəhəng yataqda fövqəladə vəziyyət elan etdi

“Lukoil” şirkəti İraqda yerləşən dünyanın ən böyük neft yataqlarından biri olan “Qərbi Qurna-2” üzrə fəaliyyətində fors-major elan edib.

Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, dörd mənbənin bildirdiyinə görə, ABŞ və Avropa İttifaqının şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra İraq hökuməti “Lukoil”ə bütün ödənişləri dayandırıb.

Məlumata əsasən, şirkət İraqın neft nazirliyinə rəsmi məktub göndərərək, yaranmış fors-major şəraitinin normal fəaliyyətə mane olduğunu bəyan edib. Əgər vəziyyət altı ay ərzində dəyişməzsə, “Lukoil” hasilatı dayandıracağını və layihədən tamamilə çıxacağını bildirib.

“Qərbi Qurna-2” yatağı yalnız İraq üçün deyil, həm də “Lukoil” üçün ən qiymətli xarici aktiv hesab olunur. Agentlik qeyd edir ki, bu yataqda hasilatın dayanması həm şirkətin beynəlxalq mövqelərinə, həm də İraqın enerji balansına ciddi təsir göstərə bilər.

Musavat.com

Chosen
21
4
musavat.com

5Sources