EN

Şara Vaşinqtonda BVF rəhbəri ilə görüşdü

Suriya prezidenti Əhməd Şara Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Şara və Georgiyeva BVF-nin Vaşinqtondakı qərargahında görüşüblər.

Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaninin də qatıldığı görüşdə Suriya ilə BVF arasında ölkənin inkişafı və iqtisadi artım səylərini dəstəkləmək üçün potensial əməkdaşlıq sahələri müzakirə edilib.

ABŞ-a yollanan Suriya prezidenti Şaranın bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
49
1
turkustan.az

2Sources