ain.az, Turkstan.az saytına istinadən bildirir.
Suriya prezidenti Əhməd Şara Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Şara və Georgiyeva BVF-nin Vaşinqtondakı qərargahında görüşüblər.Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaninin də qatıldığı görüşdə Suriya ilə BVF arasında ölkənin inkişafı və iqtisadi artım səylərini dəstəkləmək üçün potensial əməkdaşlıq sahələri müzakirə edilib.ABŞ-a yollanan Suriya prezidenti Şaranın bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.