EN

“Qardaşlarımız nə deyirsə, düz deyir” – Qurban Qurbanov

Türkiyədə derbi qələbələrinin avrokuboklardakı nəticələrdən daha vacib sayılması ilə bağlı fikirlərə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da münasibət bildirib.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu məsələyə “Neftçi” ilə oyunla bağlı keçirilən mətbuat konfransında toxunub.

Jurnalistin “Sizcə, avrokuboklardakı qələbə daha prinsipialdır, yoxsa “Neftçi” üzərindəki?” sualına Qurbanov belə cavab verib:

“Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyir. Biz həmişə onların yanındayıq. Hər klubun öz tələbləri var. Əgər o mühitə və insanlara uyğun qərar verirlərsə, biz onların yanındayıq”.

Chosen
23
7
konkret.az

8Sources