"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyədə derbi qələbələrinin avrokuboklardakı nəticələrdən daha vacib sayılması ilə bağlı fikirlərə münasibət bildirib.
O, məsələ ilə bağlı "Neftçi" ilə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb.
Jurnalistin "Sizcə, avrokubokdakı qələbə daha prinsipialdır, yoxsa "Neftçi" üzərindəki?" sualına Qurbanov belə cavab verib: "Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyir. Biz həmişə onların yanındayıq. Hər klubun öz tələbləri var. Əgər o mühitə və insanlara uyğun qərar verirlərsə, biz onların yanındayıq."/Qafqazinfo