EN

Prezident postunu qorudu

“Benfika”da prezident seçkisi keçirilib.
Manuel Ruy Koşta yenidən bu vəzifəyə seçilib. Qərar Portuqaliya klubunun direktorlar şurası tərəfindən keçirilən seçkidə verilib. Ruy Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronya Lopeş isə 34,11 faiz səs yığa bilib. Nəticədə Ruy Koşya daha 4 il Lissabon klubuna rəhbərlik etmək hüququ qazanıb. O, bu vəzifədə 2021-ci ilin yayından çalışır.
Qeyd edək ki, Ruy Koşta futbolçu karyerası ərzində Portuqaliya yığması, “Benfika”, “Fiorentina”, “Milan”da çıxış edib.

Chosen
49
1
football-plus.az

2Sources